Masazır təmsilçinin yeni baş məşqçi axtarışında olduğunu bilirik. Bununla yanaşı, mediada müxtəlif mütəxəssislərin “Sabah”ın yeni baş məşqçisi olacağıyla bağlı xəbərlər gəzir.
Diqqətçəkən adlardan biri də Tərlan Əhmədovdu. İddialara inansaq, sonuncu iş yeri “Kəpəz” olan mütəxəssis baş məşqçi karyerasına “Sabah”da davam edəcək. Bəs inanmaq olarmı?
Məşhur atalar sözündə olduğu kimi, “sözü boşla, işi yoxla” deyib Tərlan bəylə əlaqə saxladıq. Onun mövzuyla bağlı “Football-plus.az”a söylədikləri:
“Mən də bu haqda mətbuatdan, sosial şəbəkələrdən oxuyuram. Ümumiyyətlə, nə “Sabah”dan, nə də hansısa başqa klubdan təklif almışam. Heç kim indiyə qədər mənlə əlaqə saxlamayıb. Nə də mən kimləsə görüşüb yeni iş yeri haqda söhbət etmişəm. Sakitlikdi”.
KƏNAN BAHADIR




