İclas zamanı klublara bildirilib ki, təkliflərini irəli sürsünlər. AFFA nümayəndələrindən və ölkədəki akademiyaların təmsilçilərindən ibarət İşçi Qrup yaratmaq da nəzərdə tutulur. “Qarabağ” akademiyasının əlaqələndiricisi Aftandil Hacıyevlə danışdıq. Eyni zamanda təcrübəli mütəxəssisə bu mövzu ilə bağlı klub rəhbərliyinə hansısa təklif irəli sürüb-sürmədiklərini də soruşduq. Onun “Football-plus.az”a söylədikləri:
“Bu məsələ ilə bağlı bizə müraciət olmayıb və klubla müzakirəmiz də olmayıb. Fikrimcə, akademiyaların inkişafı ücün legioner limiti əvəzinə daha önəmli məsələlər müzakirəyə çıxarılmalıdı. Bura ilk növbədə elə meydançalar və başqa problemlər daxildi”.
KAMAL SƏFƏR





