Renat oynadı, komandası kubokda mübarizəni dayandırdı

7.02.2024 22:52 165
Ölkə futbolu
Türkiyə kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, millimizin forvardı Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" da növbəti matçına çıxıb. Komanda "Başakşehir"in qonağı olub. Görüşün əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə nəticələnib. Penaltilər seriyasında daha dəqiq olan meydan sahibləri qələbə qazanıb - 3:2.

Renat qarşılaşmaya start heyətdə başlayıb və 90-cı dəqiqədə əvəzlənib.