Renat oynadı, komandası heç-heçə etdi

24.01.2024 00:03 154
Ölkə futbolu / Manşet
Türkiyə superliqasında 22-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" "Alanyaspor"u qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.

Yığmamızın forvardı start heyətində meydana çıxıb. O, 79-cu dəqiqədə əvəzlənib.