Jerom Boatenqin yeni iş yeri müəyyənləşib. Almaniya millisinin sabiq oyunçusu İtaliyada qərar tutub.
Məşhur insayder Fabritsio Romano məlumat yayıb. O, 35 yaşlı müdafiəçinin azad agent kimi “Salernitana”ya keçdiyini bildirib. Filippo İnzaqinin çalışdırdığı komanda 22 turdan sonra A seriyasında 12 xalla sonuncu - 20-ci yeri tutur.
Boatenqin sonuncu klubu 2021-23-cü illərdə formasını daşıdığı “Lion” olub. O, daha əvvəl “Herta”, “Hamburq”, “Mançester Siti” və “Bavariya”da da top qovub.