Jerom Boatenq “Bavariya”ya qayıtmağa yaxındı.
"Football-plus.az" xəbər verir ki, Almaniya mənbələri tərəflərin müqavilə bağlamağa hazır olduqlarını xəbər verib. 35 yaşlı müdafiəçi artıq Münhen klubunda tibbi müayinədən keçib. Hazırda azad agent olan Boatenqin bundesliqanın çempionu ilə müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Xatırladaq ki, o, 2011-21-ci illərdə Almaniya klubunda çıxış edib. Jerom ümumilikdə “Bavariya”nın heyətində 363 oyun keçirib, 10 qol vurub və 25 məhsuldar ötürmə edib. Boatenqin sonuncu klubu “Lion” olub.