"Kəpəz" yerli fubolçuyla razılaşdı, legioneri yola salır - RƏSMİ

4.02.2024 13:51 284
Premyer-liqa / Manşet
"Kəpəz"lə bağlı bəzi mövzular hələ ki açıq qalıb. Bunlar komandanın komplektləşdirilməsi istiqamətində atılmalı addımlar və ev oyunlarının keçiriləcəyi stadionla bağlıdı.

Mövsümün ilk yarısını 1-ci liqa təmsilçisi "İrəvan"da keçirən Ədilxan Qarəhmədovun Gəncə təmsilçisinin heyətində məşqlərə qatıldığını bilirsiz. Bundan başqa, Yovan Krneta da komanda ilə birgə idi. Onun karyerasına "sarı-göylər"də davam edib-etməyəcəyi dəqiq deyildi. Həmçinin "Kəpəz" ev oyunlarını Qəbələ şəhər stadionunda keçirir. Komandanın Tovuza nə vaxt qayıdacağı da maraqlıdı.

Qeyd olunanlarla bağlı ətraflı məlumat üçün gəncəlilərin baş məşqçisi Adil Şükürova müraciət etdik. O, "Football-plus.az”a bunları dedi:

"Ədilxanla bağlı qərarımız konkretləşdi. Futbolçuyla "6 ay+1 illik" müqavilə imzalayacağıq. Krneta isə məni qane etmədi. Lakin bizimlə birgə məşq etməsini xahiş etdikləri üçün hələ ki yola salmamışıq. Oyunçu axtarışlarımız davam etsə də, danışıq prosesində irəliyə getdiyimiz biri yoxdu. Stadiona gəlincə, Tovuzdakı projektor probleminin həll edilməsini gözləyirik. İnşallah, bu məsələ həll ediləndən sonra ora qayıdacağıq".

KƏNAN BAHADIR