"Kəpəz" "Qəbələ"yə borclu olduğu üçün Tovuza üz tutub? - Nail Kərimov açıqladı

14.10.2023 20:31 239
Premyer-liqa / Manşet
"Kəpəz"in Gəncə şəhər stadionunda aparılacaq təmir-bərpa işləriylə bağlı ev oyunlarını Tovuzda keçirəcəyini bilirsiz.

Mətbuatda bununla bağlı diqqətçəkən məlumat yayılıb. İddialara inansaq, "Kəpəz" ötən mövsüm ev oyunlarını keçirərkən "Qəbələ"yə 25 min manat borclu qalıb. Bu vəsaitin hələ də ödənilməməsi üzündən gəncəlilər "qırmızı-qaralar"la növbəti dəfə anlaşa bilməyib.

Qeyd olunanların vacibliyini nəzərə alıb "Qəbələ"nin idman direktoru Nail Kərimovla əlaqə saxladıq. Onun "Football-plus.az"a söylədikləri:

"O məsələ əvvəldə qalıb. "Kəpəz" borcunu uzun müddət əvvəl ödəyib. Bu dəfə klubdan bizə müraciət edilməyib".

KƏNAN BAHADIR