Buna görə “Kəpəz” ev oyunlarını Tovuz şəhər stadionunda keçirirdi. Lakin mövsümün ikinci yarısında durum dəyişə bilər. Çünki “sarı-göylər” üçün Qəbələ variantı gündəmdədi. Düzdü, hələ ki bu yöndə real addım atılmayıb. Lakin Tovuzdakı stadionda projektor dirəyinin aşması birmənalı şəkildə işləri çətinə salıb.
Bəs məlum qəzanın fəsadları nə vaxt aradan qaldırılacaq? “Turan Tovuz” tərəfi stadionu “Kəpəz”lə ortaq istifadə etməkdə maraqlıdı?
Suallarımızı klubun direktorlarından olan Səməd Nəsibova ünvanladıq. Onun “Football-plus.az”a söylədikləri:
“Kəpəz”lə bu yöndə danışıqlar davam edir. Hələ ki yekun qərar verilməyib. Hər şey projektor dirəklərinin nə vaxt bərpa ediləcəyindən asılıdı. Çünki aşağı yaş qrupları və əvəzedici heyətimiz də həmin stadionda məşq edir, oyunlarını keçirir. İnşallah, problemlər tezliklə aradan qaldırılsa, “Kəpəz” ev oyunlarını yenidən burda keçirə biləcək. Hələ ki dəqiq məlumat yoxdu”.
KƏNAN BAHADIR





