“Belə olacağı təqdirdə yerli oyunçuların üzə çıxmasında problem yaşanacaq” – Əfran İsmayılov limiti dəyişmək haqda

4.02.2024 11:21 246
Ölkə futbolu / Manşet
Hazırda gündəmin ən aktual mövzularından biri legioner limitini dəyişmək ehtimalıyla bağlı.

Klublar Komitəsinin cümə axşamı keçirilən son iclasında klubların yarıdan çoxu ölkənin futbol rəhbərliyi qarşısında limitin dəyişdirilməsini, yəni indiki “7+4”ün əvəzinə “8+3”ün tətbiqi məsələsini qaldırıb. Görəsən, belədə yerli oyunçuların taleyi necə olacaq? Bu təklif qəbul olunarsa, ölkəmizin əsas və U-21 yığmasının baş məşqçiləri heyəti komplektləşdirməkdə çətinlik çəkməyəcəkmi?

“Football-plus.az” olaraq, bu suallara cavab tapmaq üçün veteran futbolçu Əfran İsmayılovla danışdıq:
“Onsuz da yerli futbolçular azdı. Həqiqətən də bu barədə kasadlıq var. Belə olacağı təqdirdə yerli oyunçuların üzə çıxmasında problem yaşanacaq. Ən yaxşı yerli futbolçular meydana çıxacağına görə gənclərin şansı daha az olacaq. Yenə də hansı qərar qəbul edilsə, hörmətlə yanaşmaq lazımdı. Önəmli olan odu ki, Azərbaycan futbolunun xeyrinə olsun”.


KAMAL SƏFƏR