Millinin məşqçisi AFFA-nın qərarına qarşı çıxdı - AÇIQLAMA

3.06.2022 14:17 1 202
Aktual / Manşet
“Ola bilsin, klublar üçün yaxşı qərardı. Amma milli komanda üçün pisdi. Yığmalara xeyir gətirməyəcək”.


Bu sözləri “Futbol+” qəzetinə açıqlamasında 17 yaşadək milli komandamızın baş məşqçisi Elxan Abdullayev deyib. Tanınmış mütəxəssis AFFA-nın İcraiyyə Komitəsinin premyer-liqada legioner limitini dəyişməsini şərh edib. O, qərarın milli üçün yaxşı hal olmadığını dilə gətirdi:

“Futbolçu azlığı daha çox hiss olunacaq. Premyer-liqa klublarının isə inkişafına təkan verəcəyini düşünürəm. Yəqin klublar da bunu istəyib. İstəməsəydilər, belə olmazdı. Hazırda elitada 10 komanda var. “6+5” sistemində meydanda minimum 50 yerli futbolçu görə bilərdik, indi isə bu rəqəm 40-a düşəcək. Ona görə də bu, milli üçün yaxşı hal deyil. Amma bu o demək deyil ki, bütün komandalar belə fomatda oynayacaq. Elə komandalarımız olub ki heyətinin yarıdan çoxunu yerli futbolçular təşkil edib. Mən də onun tərəfdarıyam ki, yerli futbolçular çox olsun”.

ŞAİR ABDULLA