Diqqət çəkən məqam isə U-19 yığmasının cari mövsümdə ilk qələbəsini qazanması oldu. Daha dəqiqi, millimiz ilin ilk oyununda "Record Club"u məğlub edərək (11:2) qələbə qazandı.
Görəsən, U-19-un qalibiyyəti bizi ümidləndirməlidi? Yoxsa, komanda 3 xalı rəqibin mövsümün birinci yarısına nisbətən daha da zəifləməsinə borcludu?
Bu suallarla yığmanın baş məşqçisi İlqar Aslanova müraciət etdik. Onun "football-plus.az"a söylədikləri:
"İndiyə qədər "Record Club"un heyətində iranlı legionerlər çıxış edirdi. Bu matçda rəqibin əsas liderləri yox idi. Lakin yeganə səbəb bu deyil. Biz də güclənmişik. Uşaqlar məşqlərin sayı artdıqca təcrübə qazanır ki, bunun da rolu böyükdü. Qış fasiləsində komandaya iki oyunçu cəlb etmişik. Onlardan biri bu görüşdə çıxış etdi və 2 dəfə fərqləndi. Məşqlərimizi davam etdiririk. Çalışırıq ki, bildiklərimizi gənclərə aşılayaq".
GÜNAY SÜLEYMANOVA






