Markus Reşford intizam pozuntusuna yol verib.
“Mançester Yunayted”in hücumçusu gecə klubunda əylənib və məşqi buraxıb. O, buna görə 764 min avro cərimələnəcək. Bu xəbəri yayan “The Sun” qəzeti Markusun cümə günü xəstə olduğu üçün məşqə qatılmadığını qeyd edib. Amma onun məşqdən bir neçə saat əvvəl gecə klubunda olması əsl həqiqəti ortaya çıxarıb.