Reşford qəza keçirdi

27.09.2023 11:55 200
Dünya futbolu
Markus Reşford arzuolunmaz vəziyyətə düşüb.

"Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted”in hücumçusu avtomobil qəzası keçirib.

“The Sun” qəzetinin xəbərinə görə, hadisə o, İngiltərə premyer-liqasında “Bernli” üzərində qələbədən (1:0) sonra məşq mərkəzindən qayıdan zaman baş verib. Qəza hadisəsindən sarsıldığı bildirilən 25 yaşlı futbolçu ciddi xəsarət almayıb. Amma onun 700 min funt sterlinq dəyərində olan “Rolls Royce” markalı avtomobili zədələnib.

Yeri gəlmişkən, Markus bu mövsüm bütün turnirlərdə MY-nin heyətində 6 matçda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul