Məhz bu oyundan sonra Cavid bəylə əlaqə saxlayıb, komandanın durumu, Elvin Məmmədovla münasibətlərin rəsmiləşib-rəsmiləşmədiyi haqda soruşduq:
“Yanvarın 15-də təlim-məşq toplanışına başlamışıq. Üç yoxlama oyunu keçirmişik. Qısa müddətdə istəyirik ki, futbolçuların fiziki hazırlığını düzəldək. Hələ qarşıda 5 və ya 6 yoxlama oyunu olmalıdı. İkisi artıq bəllidi, yenə danışıq gedir. Hər şey yaxşıdı və qaydasındadı. Elvin Məmmədovla münasibətlər rəsmiləşib. Mövsümün ikinci yarısında meydanda görə biləcəyik. Yoxlama oyunlarında da bizlə birgə olub. Qarşımıza nəyin bahasına olur-olsun, birinci liqaya yüksəlmək vəzifəsi qoyulmayıb. Biz həm komanda, həm də klub kimi inkişaf etmək istəyirik. “Səbail”in U-19-u ilə qarşılaşma bizim üçün faydalı oldu. Bu oyunda həm futboçularımın fiziki göstəricilərini, həm də onların hansı inkişaf mərhələsində olduğlarını gördüm”.
ƏSƏD SEYİDOV




