Futbol üzrə ölkə çempionatının 1-ci liqasında yarışan klubların qış toplanışı davam edir. Dünən növbəti yoxlama oyunu keçirilib. “Şamaxı” “Araz Saatlı”nı 3:1 hesabıyla məğlub edib.
“Araz Saatlı”nın baş məşqçisi Rüfət Quliyevin “Football-plus.az”a açıqlaması:
“Şamaxı” ilə oyunda 3:1 məğlub olduq. Buna baxmayaraq, komandamın oyununda razı qaldım. Biz də dəyişikliklər edirdik, onlar da dəyişikliklər edirdi. Bütün futbolçuları yoxlamağa çalışdım. Amma əsas odu ki, biz daha çox “yüklənmə” vaxtında uşaqların durumunin necə olduğunu görmək istəyirdik. Ümumi götürəndə futbolçularımın oyunundan razı qaldım. Baxmayaraq ki, hesab qənaətbəxş deyil. Hələ ki toplanışın ikinci mərhələsi davam edir, sabah bitəcək. Sonra isə fevralın 3-ü Saatlıda yığışacağıq. Alınsa, fevralın 4-də ikinci liqa təmsilçisi ilə yoxlama oyunu keçirəcəyik. Yoxlama oyunlarında kobud səhvlər ola bilər. “Şamaxı” ilə oyunda hava şəraiti qənaətbəxş deyildi. Güclü duman var idi. Demək olar ki, bir qapıdan digərini görmək olmurdu. Hakimlər gənc idi və onları da başa düşmək olar”.
ƏSƏD SEYİDOV