Qış fasiləsində "Səbail-2" nə işlə məşğuldu?
Komanda təlim-məşq toplanışına nə vaxt başlayıb, nə yeniliklər var?
"Football-plus.az" saytı olaraq bu suallara cavab tapmaq üçün komandanın baş məşqçisi Asif Miriliylə əlaqə saxladıq:
"Qış təlim-məşq toplanışına yanvarın 5-də başlamışıq. Hazırlıq prosesi 15-nə kimi davam etdi. Vidadi Cəfərov, Orxan Fərəcov, Tamirlan Məmmədovla yollar qarşılıqlı razılıq əsasında ayrıldı. Bildiyiniz kimi, Orxan Fərəcov Polşanın 2-ci liqasının yüksək pillələrində qərarlaşan komandaya yollandı. İki yoxlama oyunu keçirdik. Birində məğlub olduq, birində qalib gəldik. Əslində 4 matça çıxmaq planımız var idi. İki qarşılaşma hava şəraitinə görə təxirə salındı. Çempionatın başlamasına qədər daha 3 yoxlama oyunu keçirməyi planlaşdırıırıq. Bunlardan biri əsas komandaya qarşı olacaq. Yanvarın 25-də "Neftçi-2", 31-də isə "Zirə-2" qarşılaşacağıq. Bəzi mövqelərə gənc oyunçular axtarışındayıq".
ABDULLA İSMAYILOĞLU