"Şamaxı" 200-cü dəfə "sülh" bağladı

9.11.2026 10:58 9
Ölkə futbolu
“Şamaxı” ölkə çempionatlarının yüksək dəstəsində 200-cü dəfə heç-heçə edib.

"Football-plus.az" PFL-ə istinadla xəbər verir ki, bu yubiley Misli premyer-liqasının 11-ci turunda qeydə alınıb. Şamaxının eyniadlı təmsilçisi “Sabah”la səfər görüşündə bir xal qazanıb – 2:2.

Əvvəllər “Xəzər Universiteti”, “İnter”, “Keşlə” adları altında da çıxış edən komanda 737-ci matçında “200”ə çatıb. Heç-heçələrdən 93-ü evdə, 107-si səfərdə qeydə alınıb. Şamaxılılar “Neftçi” və “Qarabağ”dan sonra 200 və daha çox heç-heçə edən 3-cü komandadı.

“Xəzər Universiteti” adlandığı vaxt ilk heç-heçəsini edən komanda 1999-cu il dekabrın 5-də “Turan”la ev görüşündə qolsuz sülhə imza atıb.