Dəqiqləşdi! Yığmalar Bakı turnirinə martın 22-də başlayacaq

30.01.2024 17:10 288
Yığma / Manşet
FİFA-nın Bakıda milli komandalar arasında beynəlxalq turnir təşkil edəcəyini xəbər vermişdik.

Rəsmi yoldaşlıq oyunlarının əvəzinə fərqli konfederasiyalardan yığmaların iştirakı ilə miniturnir təşkil olunacaq. Dörd komandanın – yığmamızla yanaşı, Bolqarıstan, Monqolustan və Tanzaniyanın qatılacağı yarışın martda Bakıda keçirilməsi nəzərdə tutulub. Bəs görəsən, oyun günləri bəllidimi? Bu sualı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədliyə ünvanlamamış PFL-in cari mövsüm üçün təqdiminə nəzər saldıq. Gördük ki, ölkə çempionatında 27-ci turla 28-ci tur arasında ikihəftəlik fasilə var. İndi də Elnur bəyin “Football-plus.az”a cavabı ilə tanış olun:

"Turnir FİFA-nın “pəncərəsi açılandan” sonra olacaq. Martın 22-də başlayıb, 25, 26-na qədər davam edəcək. Ola bilər ki, iştirak edən komandalar Bakıya bir qədər tez gəlib, burda təlim-məşq toplanışı keçsin. Oyunların saatı, stadionların yeri dəqiqləşən kimi ətraflı məlumat verəcəyik".

GÜNAY SÜLEYMANOVA

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul