Football-plus.az xəbər verir ki, bu barədə Canni İnfantino məlumat verib. FİFA-nın prezidenti əslində bu il keçirilməli olan, lakin DÇ-2022-yə görə gələn ilə təxirə salınan KDÇ-nin fevralın 1-dən 11-dək davam edəcəyini bildirib. Hələ ki yarışın 6 iştirakçısından 5-i məlumdu: “Real” (İspaniya, Avropa), “Flamenqo” (Braziliya, Cənubi Amerika), “Sietl Saunders” (ABŞ, Şimali və Mərkəzi Amerika), “Vidad” (Mərakeş, Afrika) və “Oklend Siti” (Yeni Zelandiya, Okeaniya). FİFA oyunların təqvimini daha sonra açıqlayacaq.
Yeri gəlmişkən, İnfantino 2025-ci ildən klubların mundialının formatında dəyişiklik ediləcəyini açıqlayıb. O, KDÇ-nin yeni formatında 32 komanda iştirak edəcəyini bildirib:
“Biz klubların çempionatını milli komandaların iştirakı ilə keçirilən Dünya Kuboku yarışına bənzətmək istəyirik”.
Qeyd edək ki, hazırda KDÇ cəmi 6 komandanın iştirakı ilə təşkil olunur. Bunlar 5 qitənin qalibi və təşkilatçı ölkənin təmsilçisidi. FİFA-nın prezidenti qadınlar arasında KDÇ-nin keçiriləcəyini də bəyan edib.

