Tanzaniya, Monqolustan, Bolqarıstan və …Azərbaycan

15.01.2024 12:37 351
Yığma / Manşet
Dünyanın ali futbol qurumu FIFA “FIFA series” adlı yeni layihəyə start verir.

Martda həmin layihə çərçivəsində Azərbaycanda yığmalar arasında beynəlxalq turnir keçiriləcək. Ali futbol qurumunun layihəsinə əsasən, təqvimdə olan rəsmi yoldaşlıq oyunlarının əvəzinə fərqli konfederasiyalardan yığmaların iştirakı ilə miniturnir təşkil olunacaq. Dörd komandanın qatılacağı ilk belə yarışlardan biri martda Bakıda keçiriləcək. Avropadan ölkəmizlə yanaşı, Bolqarıstan, Afrikadan Tanzaniya, Asiya qitəsindən isə Monqolustan milli komandaları turnirdə mübarizə aparacaqlar.

Bəs bu turnir hansı stadionlarda keçiriləcək? Novruz bayramı günlərinə təsadüf edəcəkmi? O vaxta qədər yığmamızın baş məşqçisinin kimliyinə aydınlıq gələcəkmi?

Bu sualları aydınlaşdırmaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədliylə danışdıq:

"Oyunların hansı stadionlarda keçiriləcəyi və təqvim hələlik bəlli deyil. Bu məsələ aydınlaşan kimi AFFA-ın rəsmi səhifəsində məlumat veriləcək. Millimizin baş məşqçisinin kimliyi isə hələ də açıq qalmaqdadı. Bu barədə hələlik nəsə deyə bilmərik". 

ABDULLA İSMAYILOĞLU 

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul