Göygöldə beynəlxalq təlim-məşq toplanışı

23.08.2022 09:00 391
İdman
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində beynəlxalq təlim-məşq toplanışı keçiriləcək.

Football-plus.az xəbər verir ki, 25 avqustda başlayacaq və 3 sentyabra qədər davam edəcək təlim-məşq toplanışında Azərbaycanın kişilərdən və gənc oğlanlardan ibarət yığmasının üzvləri ilə yanaşı, Belçika, İsrail, Niderland, Polşa, Səudiyyə Ərəbistanı, Özbəkistan və Tacikistanın aparıcı cüdoçuları iştirak edəcək.

120-dən artıq idmançının qatılacağı təlim-məşq toplanışına Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları qatılacaq.

Təlim-məşq toplanışı Azərbaycanın kişilərdən ibarət yığması üçün 6-12 oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatına, gənc oğlanlardan ibarət milli üçün isə 15-18 sentyabrda Çexiyanın paytaxtı Praqada təşkil olunacaq Avropa çempionatına hazırlıq məqsədi daşıyacaq.