Yaşıl meydanı tərk etdi

25.01.2024 18:21 173
Dünya futbolu
Erik Durm peşəkar futbolçu həyatı ilə bağlı vacib qərar verib.

"Football-plus.az" xəbər verir ki, Almaniya millisinin sabiq oyunçusu karyerasını başa vurub. 31 yaşlı Durm zədələr və səhhətindəki problemlər səbəbindən belə qərara gəlməli olub. Erik 2022-ci ildən karyerasında son klubu olan “Kayzerslautern”də çıxış edib. Almaniya millisində 7 oyun keçirən futbolçunun 2012-18-ci illərdə “Borussiya”da oynadığını da bildirək.