Bir Almaniya klubundan digərinə keçəcək

5.05.2022 19:30 439
Dünya futbolu
Matias Ginter yayda iş yerini dəyişəcək.

“Borussiya”nın (Münhenqladbax) oyunçusu karyerasını “Frayburq”da davam etdirəcək. Hələlik Almaniya millisinin oyunçusu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

28 yaşlı müdafiəçi “Borussiya”da 2017-ci ildən oynayırdı. O, 2012-14-cü illərdə “Frayburq”da çıxış edib. Matias 2014-cü ildən milli komandanın formasını geyinir.