• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Araz-Naxçıvan” “Qarabağ”a müqavimət göstərə bilmədi - REPORTAJ

Ölkə futbolu / Reportaj

25-01-2024, 15:0

Qış fasiləsindən sonra keçirilən ilk turun son oyununda iki iddialı komanda üz-üzə gəldi.

Matç hər iki tərəf üçün xüsusi əhəmiyyət kəsb edirdi. Bilindiyi kimi, “Qarabağ” Avropa Liqasının pley-offunda “Braqa” ilə qarşılaşacaq. Belədə fevralın 15-nə qədər keçiriləcək görüşlər müəyyən mənada həm də portəgizlərlə duellərə hazırlıq xarakteri daşıyır. Yəni” “köhlən atlar” ehtiyatlı və səmərəli oyunla yanaşı, yaxşı nəticə də qazanmalıydı. “Sabah”dan alınan Aleksey İsayevin start heyətində yer aldığı matçda əsas hədəf liderliyi möhkəmlətmək idi. “Araz-Naxçıvan” isə çətin sınaq qarşısındaydı. Konfrans Liqasına vəsiqəyə can atdığını gizlətməyən naxçıvanlılar üçün ağdamlılarla səfər matçında 1 xal belə qənimət sayılacaqdı.

Matç Qurban Qurbanovun komandasının təzyiqiylə başladı. “Köhlən atlar” ilk dəqiqələrdən rəqibi meydanın özünə adi hissəsinə sıxışdırmağa çalışır, irəlidə fəallıq göstərirdi. Çox keçmədən ev sahiblərinin üstünlüyü fayda verdi. 5-ci dəqiqədə Benzya və Juninyonun ötürmələriylə qapı önünə gətirilən topa sonda Andrade zərbə vurdu. Burda Kurdiç “qaş düzəltmək əvəzinə gözü də çıxardı”. Daha dəqiqi, təhlükəni sovuşdurmaq istəyərkən həm Avramı çaşdırdı, həm də cari mövsümdə 2-ci dəfə avtoqol müəllifi oldu. “Araz-Naxçıvan”a toparlanmaq üçün bir neçə dəqiqə lazım gəldi. Bu ərəfədə komandalar sürəti azaltmasa da, qol vəziyyətləri qeydə alınmadı. Qonaqlar 17-ci dəqiqədə özünü göstərdi. Vadim Turanın künc zərbəsindən göndərdiyi topu Kadiriyə ötürsə də, qanalı yarımmüdafiəçi “çərçivə”ni dəqiq nişan ala bilmədi. “Qırmızı-ağlar”ın yaşatdığı təhlükədən sonra Zubirin öyrəşdiyimiz təkbaşına nəsə etmək istəyinə şahidlik etdik. Onun zərbəsini 19-cu dəqiqədə Avram dəf etsə də, 22-ci dəqiqədə məqsədinə nail oldu. Fransalı yarımmüdafiəçi Silvanın ötürdüyü topu başla qapı toruna qovuşdurmaqla fərqi artırdı. Əslində “köhlən atlar”ın aşkar üstünlüyü haqda danışmaq doğru olmaz. Qonaqlar da arabir təhlükəli vəziyyət yaradırdı. İlk hissənin sonuna yaxın Manafov və Kuzmanoviç qapıya zərbə ilə yadda qaldı.

İkinci yarı “Araz-Naxçıvan”ın oyuna nəzarəti ələ keçirmək cəhdlərinin fonunda start götürdü. Rodrigesin sol ayaqla uzaqdan zərbəsi işə yaramadıqdan sonra bu aqibəti Juninyo da yaşadı. Çempionatın bombardiri Avramı məğlub edə bilmədi. Qapıçı topu məharətlə onun ayaqlarından xilas etdi. 61-ci dəqiqədə Zubir dublunu rəsmiləşdirdi. O, bir neçə müdafiəçidən sıyrılaraq ötürmə verən Elvinin əziyyətini puç etmədi. Yeri gəlmişkən, bu hücumun əsasını gözəl ara ötürməsi ilə İsayev qoymuşdu. Vəziyyətin qəlizləşdiyini görən Azər Bağırov Maşike ilə Kuzmanoviçi Orxan və Nicatla əvəzlədi. Bu ərəfədə “Qarabağ” rəqibini sıxışdırmağa davam edirdi. Amma Andrade dördüncü qol axtarışına fayda verə bilmədi. Avram irəli atılaraq topa yiyələndi. 71-ci dəqiqədə Kadiri qarşısıalınmaz zərbəylə fərqi azaltmağı bacardı. Orxanın müdafiə xəttini yara bilməyəcəyini anlayıb geriyə ötürmə verməsindən yararlanan futbolçu möhtəşəm qola imza atdı. İrəliləyən dəqiqələrdə İldar Alekperovla Ramin Nəsirli “Araz-Naxçıvan”ın heyətində debüt etdi. 85-ci dəqiqədə Orxan, demək olar ki, yüzfaizlik qol şansından istifadə edə bilmədi. Daha doğrusu, Lunyov ona ustalıqla mane oldu. Matçın son dəqiqələrində Avram Cica və Toralın zərbələrini zərərsizləşdirməli oldu. Beləliklə, “Qarabağ” növbəti qələbəsini qazanaraq ən yaxın izləyicisi “Zirə”dən 14 xal uzaqlaşdı. “Araz-Naxçıvan” isə mövsümün ikinci yarısına uğursuz başladı.

Gözdən qaçmadı
* Oyunu izləyənlər arasında Naxçıvan təmsilçisinin sabiq mətbuat katibi Tahir Tahiroviç də var idi.
* “Qarabağ Ordu” fanklubu çempionluq nəğməsi oxuyurdu.
* “Qarabağ” azarkeşləri oyunun sonluğunda Azər Bağırovun ünvanına “Azər, get evə” şüarını səsləndirdi.
* Qonaqların qolkiperi Avram matçdan sonra paltardəyişmə otağına gedərkən xeyli əsəbiydi. O, komanda yoldaşlarına “düzgün oynamırsız, vuruşmaq lazımdı” tipli sözlər deyirdi.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Manşet / Avropa Liqası

14-11-2023, 12:0

“Qarabağ” üçün üç versiya: çətin, rahat, yoxsa ideal? - YAZI

Premyer-liqa / Manşet

31-10-2023, 19:0

"Qarabağ"ın ötən mövsümlə müqayisədə zəiflədiyi hiss olunur” – tanınmış menecer dedi

Premyer-liqa

15-08-2023, 17:0

“Dalğa Arena”da sensasiya, “Qarabağ”dan darmadağın - TURUN ŞƏRHİ

Premyer-liqa

23-10-2023, 17:0

"Araz-Naxçıvan" - "Qarabağ" oyununun məkanı dəyişdi

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
  • 25-07-2026, 22:0
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • 25-07-2026, 22:0
    London klubunda yeni oyunçu
Daha çox
Oxunub: 211
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 104
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 99
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 95
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə