Məlumatın səhihliyini öyrənmək məqsədi ilə öncə futbolçu ilə əlaqə saxladıq. Turan “Football-plus.az”a açıqlamasında bu barədə çox danışmaq istəmədiyini dedi. Əlavə etdi:
“Araz-Naxçıvan”la müqaviləm var. Bütün fikrimi komandama yönəltmişəm. İşlər çoxdu”.
Belədə Muxtar Respublika təmsilçisinin mətbuat xidmətinin rəhbəri Mahal Məmmədova müraciət etdik. Onun söylədikləri:
“Kluba bu barədə rəsmi təklif gəlməyib. Turan bizimlədi. Komandadan ayrılması müzakirə olunmur. Premyer-liqanın “Sumqayıt”la oyununa hazırlaşırıq”.
KƏNAN BAHADIR






