İspaniya klubunda yeni müqavilə

16.06.2023 12:58 229
Dünya futbolu
Ruben Baraxa ilə bağlı məsələyə aydınlıq gəlib.

"Football-plus.az" xəbər verir ki, “Valensiya” rəbərliyi baş məşqçisi ilə müqaviləni yeniləyib.

Klubun rəsmi saytının yaydığı xəbərə görə, ispaniyalı mütəxəssisin yeni sözləşməsinin müddəti 2027-ci ilin yayına qədərdi.

“Valensiya” və İspaniya millisinin sabiq oyunçusu komandanı bu ilin fevral ayından çalışdırır. “Valensiya” La Liqada son mövsümü 38 oyuna 42 xalla 16-cı yerdə başa vurub.