Almaniya klubunda yeni müqavilə

23.07.2023 20:21 238
Dünya futbolu
Əmrə Canın “Borussiya”dakı aqibətinə aydınlıq gəlib.

“Football-plus.az” xəbər verir ki, Almaniya klubu türk futbolçusu ilə müqaviləni yeniləyib. 29 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2026-cı ilin yayına qədər uzadılıb.

Əmrə Dortmund klubunda 2020-ci ildən oynayır. O, son mövsümdə bütün turnirlərdə meydana çıxdığı 38 matçda 3 qol vurub.