“Mançester Yunayted”i tərk etdi

18.01.2024 11:55 181
Dünya futbolu
Gözlənildiyi kimi, Serxio Regilon “Mançester Yunayted”i tərk edib.

"Football-plus.az" xəbər verir ki, “Tottenhem”in sol cinah müdafiəçisinin “Brentford”a keçidi rəsmiləşib. London klubunun mətbuat xidmətinin məlumatına görə, 27 yaşlı futbolçu cari mövsümün sonunadək icarə əsasında “Brentford”da oynayacaq. O, 2023/24 mövsümünün ilk hissəsini bu status ilə MY-də keçirib. Serxio bu komandada bütün turnirlərdə 12 oyunda iştirak edib.

Regilonun “Tottenhem” ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdi.