Serxio Regilon “Mançester Yunayted”i erkən tərk edəcək.
"Football-plus.az" xəbər verir ki, İngiltərə nəhənginin mövsümün əvvəlindən komandada icarə əsasında çıxış edən “Tottenhem”in müdafiəçisi ilə əməkdaşlığa erkən xitam verəcəyini tanınmış insayder Fabritsio Romano xəbər verib.
MY rəhbərliyi və məşqçilər korpusu bu ay Regilonla vidalaşmaq qərarını bir neçə həftə əvvəl verib. İspaniyalı futbolçunun icarə müqaviləsinin müddəti mövsümün sonuna qədər idi.
Serxio bu mövsüm “Yunayted”lə bütün turnirlərdə 12 matça çıxıb. Onun “Tottenhem”lə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdi.