“Mançester Yunayted”də yeni futbolçu

2.09.2023 17:55 240
Dünya futbolu
“Mançester Yunayted” müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, İngiltərə nəhəngi “Tottenhem”dən Serxio Regilonu sıralarına qatıb.

26 yaşlı futbolçu cari mövsümdə icarə əsasında MY-də çıxış edəcək.

Qeyd edək ki, “Tottenhem” Regilonu 2020-ci ildə “Real”dan transfer edib. O, ötən mövsümü icarə əsasında “Atletiko”da keçirib.