“Tottenhem”i daha bir futbolçu tərk edib.
Serxio Regilon karyerasını İspaniyada davam etdirəcək. “Atletiko” ispan müdafiəçini cari mövsümün sonuna qədər icarəyə götürüb.
Regilon “Tottenhem”ə 2020-ci ilin sentyabrında “Real”dan transfer olunub. O, London klubunda 67 oyuna 2 qol vurub və 9 qolun ötürməsini verib.