• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi” təlim-məşq toplanışını iki məğlubiyyətlə bitirdi

Premyer-liqa / Manşet

16-01-2024, 20:0

“Neftçi” srağagün Türkiyədəki təlim-məşq toplanışını başa vuraraq ölkəmizə təşrif buyurdu. Bəs kollektivin Antalya macəraları necə keçdi? Öncə yaşananlara nəzər salaq. Daha sonra “ağ-qaralar”ın sonuncu yoxlama oyununa toxunacağıq.

Biirncisi, xatırladaq ki, Qara Qarayev, Reziuan Mirzov və Ataa Caber müalicə olunduğundan toplanışda iştirak etmədi. Bakılıların ilk sınaqçı-rəqibi “Ərzurumspor” olmuşdu ki, onlar yanvarın 6-da keçirilən matçdan 1:3 hesablı məğlubiyyətlə ayrılmışdı. “Neftçi”nin 10-cu dəqiqədə vurulan yeganə qolunun müəllifi isə Rəhman Hacıyev olmuşdu. Komandanın bu görüşdə qənaətbəxş çıxış etmədiyini vurğulamaqda fayda var. Yanvarın 13-də “ağ-qaralar”ın ikinci – sonuncu yoxlama oyununa şahidlik etdik. Bu dəfə rəqib Almaniyanın 3-cü bundesliqa təmsilçisi “Sportvereyn Valdhof” idi. Qeyd edək ki, bu rəqib turnir cədvəlində 20 iştirakçı arasında 16-cı yerdədi. Yeni baş məqşçi Miodraq Bojoviç bu dəfə start heyətində aşağıdakı futbolçulara güvənmişdi: Rza Cəfərov, Mark Tamaş, Dieqo Valdes, Emin Mahmudov (k), Eddi İsrafilov, Lukas Melano, Rəhman Hacıyev, Azər Salahlı, Yuri Matias, Yeqor Boqomolsi, Ervin Koffi.
Ehtiyat oyunçular: İvan Brkiç, Aqil Məmmədov, Höccət Haqverdi, Azər Əliyev, Andre Şinyaşiki, Filip Ozobiç, Kilan Lebon, İsmayıl Zülfüqarlı, Ömər Buludov. Fərid Yusifli.

“Neftçi”nin hədəflərindən xəbərdarsız. “Ağ-qaralar” ölkə kubokunun qalibi, premyer-liqanın gümüş medalçısı olmaq niyyətindədi. Belədə diqqət yetirilməli olan mövqelərdən biri də qapıdı. Maraqlıdı ki, Bojoviç heç bir oyunda Brkiçə şans vermədi. Onsuz da qolkiper daha öncə zədəli olduğundan yaşıl meydanlardan uzaq düşmüşdü. Monteneqrolu baş məşqçinin bu mənada seçimi anlaşmazlıq doğurmaya bilməz. Oyuna gəlincə, bakılıların sönük performansı nəzərdən yayınmadı. İddia etmək olardı ki, komandanı cəsarətsiz oyuna məhz “alman keyfiyyəti” məcbur etdi. Amma belə deyil. Çünki rəqib dəfələrlə cərimə meydançası yaxınlığında ciddi boşluqlara yol verdi. Buna baxmayaraq, nə Emin, nə Lukas, nə Kilan, nə Yeqor, nə Yuri, nə də Dieqo bu fürsətlərdən yararlana bildi. Təbii ki, sadaladıqlarımız iki hissə boyunca qapıya zərbə endirənlərin, daha doğrusu, “çərçivə”ni dəqiq nişan ala bilməyənlərin adıdı. Bu siyahı rəqibdə o qədər də geniş deyil. “Valdhof”un futbolçuları əks-hücumlarda, demək olar ki, qüsursuz oynadı. 9-cu dəqiqədə Kevin Qoden, 36-cı dəqiqədə Bentli Bakster, 76-cı dəqiqədə isə Yezaya Nerman “Neftçi”nin qapı torunu silkələdi. Qısası, rəqib az yoruldu, çoxlu qol vurdu. Ümumiyyətlə, “ağ-qaralar”ın haqqını yemək istəmərik. Hər halda, xeyli təhlükəli vəziyyət yaratdılar. 65-ci dəqiqədə Eddinin qırmızı vərəqə alaraq komandasını azlıqda qoyduğunu da qeyd edək. Reallıq isə odu ki, “Neftçi” bütün oyunboyu irəli atılsa da, hücumların son nöqtəsini qoymağa ürək etmədi. Bojoviçin matç haqda fikirləri belədi:

“Çox böyük fiziki yüklənmə var idi. Hazırlıqla bağlı ümumi danışsaq, düşünürəm ki, yaxşı təlim-məşq toplanışı oldu. Amma yoldaşlıq oyununda pis oynayaraq uduzduq. Futbolçuların performansından razıyam. Çox çalışırdılar, yaxşı işləyirdilər. Ancaq yorğunluq var. Bu da oyunda özünü əks etdirir və futbolçular fərdi səhvlər, top itkiləri edirlər".


“Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov da hazırkı durum, təlim-məşq toplanışı, transfer işləri və başqa məsələlər barədə düşüncələrini bölüşüb:
“Gözümə ilk dəyən komandadakı pozitiv ab-hava idi. Bunu çoxdan görmürdüm. Kollektiv bir olmuşdu. Bu ab-hava çox xoş idi. Əmin oldum ki, fasilə zamanı futbolçular ailələri ilə kifayət qədər vaxt keçirib. Ona görə də yaxşı əhval-ruhiyyə ilə qayıdıblar. Çətin bir il idi. Buna baxmayaraq, 3-cü pillədə qərarlaşdıq. Mövsümün qalan hissəsində gərgin mübarizəyə hazır olmalıyıq. Hədəfimiz avrokuboklarda iştirak etməkdi. İnanıram ki, yaxşı olacaq. Bilindiyi kimi, yeni ildə yeni baş məşqçidən başqa yeni məşqçilər heyəti də gəlib. Yeni qapıçılar üzrə məşqçimiz də buradadı. Emil Babayev bizə qoşuldu. İdman Departamentimiz əllidən çox oyunçuya baxış keçirib, beş futbolçuya fokuslanıb. Artıq iki oyunçuya təklif göndərilib, cavab gözləyirik. Hər ikisi hücumçudu. Təəssüf ki, hazırda adlarını deyə bilmərəm. Gözləntilərimə gəlincə, həm azarkeş, həm də rəhbər kimi ancaq qələbə gözləyirəm. Həmçinin əzmkar oyun istəyirəm. Meydançaya ruhlarını qoysunlar”.


KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

13-01-2024, 17:0

"Neftçi" Türkiyədə yenə məğlub oldu

Ölkə futbolu

6-01-2024, 20:0

"Neftçi" yoxlama oyununda Türkiyə klubuna uduzdu

Premyer-liqa

10-01-2024, 20:0

"Neftçi"nin 2-ci rəqibi bəlli oldu

Ölkə futbolu / Manşet

6-01-2024, 11:0

“Neftçi” ilk yoxlama matçına çıxır - YENİLƏNİR

Premyer-liqa

3-01-2024, 13:0

"Neftçi"nin qış təlim-məşq toplanışı üçün planı bəlli oldu

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 216
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə