“Neftçi” ilk yoxlama matçına çıxır - YENİLƏNİR

6.01.2024 11:49 241
Ölkə futbolu / Manşet
“Neftçi” Türkiyənin Antalya şəhərinin Belek bölgəsində təlim-məşq toplanışını davam etdirir.

“Football-plus.az” xəbər verir ki, təmsilçimiz bu gün ilk yoxlama oyununu keçirəcək. “Ağ-qaralar” “Ərzurumspor”la qarşılaşacaq.

Qardaş ölkə təmsilçisi 1-ci liqada mübarizə aparır. 17 oyundan sonra hesabında 19 xal olan komanda turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.

Yoxlama oyunu
18.00. Ərzurumspor - Neftçi

Qeyd edək ki, bu, Azərbaycan klublarının 2024-cü ildə ilk yoxlama görüşüdü.