"Neftçi"nin 2-ci rəqibi bəlli oldu

10.01.2024 20:30 200
Premyer-liqa
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Neftçi”nin 2-ci rəqibi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb. Bakılıların yoxlama oyunundakı növbəti rəqibi Almaniya 3-cü liqa təmsilçisi “Sportverein Valdhof” olacaq.

Matç yanvarın 13-ü saat 15.00-da “Gloria Sports Arena”da keçiriləcək.

Qeyd edək ki, "Neftçi" ilk yoxlama oyununda "Erzurumspor"a məğlub olub - 1:3.