"Neftçi"nin qış təlim-məşq toplanışı üçün planı bəlli oldu

3.01.2024 13:38 298
Premyer-liqa
"Neftçi" qış təlim-məşq planışını Türkiyənin Antalya şəhərindəki Belek bölgəsində keçirəcək.

Bu barədə "Football-plus.az"a klubun mətbuat xidmətindən məlumat verilib.

Komanda yanvarın 4-dən 14-dək “Gloria Sport Arena”da məskunlaşacaq. Kollektiv ilk yoxlama görüşünü yanvarın 6-da Türkiyə 1-ci liqa təmsilçisi “Ərzurumspor”a qarşı keçirəcək.

"Ağ-qaralar"ın yanvarın 13-nə nəzərdə tutulan digər yoldaşlıq görüşündə qarşılaşacağı rəqibin kimliyi hələlik məlum deyil.