"Neftçi" Türkiyədə yenə məğlub oldu

13.01.2024 17:56 214
Ölkə futbolu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ikinci yoxlama oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Miodraq Bojoviçin baş məşqçisi olduğu komanda Almaniyanın 3-cü Bundesliqa təmsilçisi “Sportvereyn Valdhof”la üz-üzə gəlib.

Matç Bakı klubunun məğlubiyyəti ilə bitib - 0:3.

"Ağ-qaralar" ilk görüşündə Türkiyənin “Ərzurumspor” kollektivinə 1:3 hesabı ilə uduzub.