''Qalatasaray'' dünən Türkiyə çempionatının 20-ci turunun sonuncu oyununda ''Kayserispor''u qəbul etdi.
“Football-plus.az” xəbər verir ki, ''Fənərbaxça'' turu qələbə ilə başa vurduğundan bu oyundan öncə zirvədə xal fərqi 5-ə yüksəlmişdi. Amma ''Qalatasaray'' çətinliklə də olsa, öz sevimli - 2:1 hesabı ilə qalib gələrək fərqi yenidən 2 xala endirdi. ''Cim-Bom''un qələbə qolunu 86-cı dəqiqədə penaltidən Mertens vurdu. Ötən mövsümdən başlayaraq superliqada 1 top fərqi ilə ən çox (22), eləcə də konkret 2:1 hesabı ilə hamıdan çox (13) qalib gələn kollektiv məhz ''Qalatasaray''dı! İstanbul nəhənginin ev oyunlarındakı uğurlu seriyası da davam edir. Komanda superliqa çərçivəsində fanatları önündə keçirdiyi ardıcıl 27-ci oyunda məğlubiyyət acısı yaşamadı (25 qələbə, 2 heç-heçə). ''Cim-Bom'' bu mövsüm evdə xal itirməyən yeganə komandadı. ''Sarı-qırmızılar'' tarixdə cəmi 2-ci dəfə Türkiyə çempionatında bir mövsümün ilk 10 ev oyununu xal itirmədən tamamladılar. Daha öncə bu, 2001/02-də baş vermişdi. Həmin mövsümdə ''Qalatasaray'' bütün ev oyunlarında qələbə qazanmışdı.
ƏLİ