Dünən Türkiyə çempionatının 12-ci turunun açılış oyununda ''Qalatasaray'' ''Fatih Karagümrük''ün qonağı oldu.
"Football-plus.az" xəbər verir ki, ötən tur ''Cim-Bom'' 31-ci dəqiqədə özü azlıqda qalmışdısa, bu dəfə komandanın rəqibi 33-cü dəqiqədə azlıqda qaldı. Nəticədə İstanbul nəhəngi 2:0 hesabı ilə qalib gəldi. 60-cı dəqiqədə Əmrə Taşdəmir, 85-ci dəqiqədə Xuan Mata fərqləndi. Hər iki oyunçu ''Qalatasaray''da ilk qolunu vurdu. Bu, Əmrənin ümumiyətlə karyerasında Türkiyə çempionatında vurduğu cəmi 2-ci qol oldu. 27 yaşlı sol müdafiəçi ilk qolunu 2149 gün öncə - 2017-cı ilin dekabrın 12-də ''Bursaspor''un heyətində ''Beşiktaş''a vurmuşdu. Ötən mövsümü ''Girəsunspor''da icarə əsasında keçirən Taşdəmir ''Qalatasaray''da son oyununu ötən ilin iyulunda ÇL-in təsnifatında PSV-yə qarşı keçirmişdi. Mata isə ''Aslan''ın heyətində 3-cü rəsmi oyunda qol hesabını açdı.
Beləliklə, ''Qalatasaray'' 3 oyunluq qələbəsiz seriyaya son qoydu. 11 oyuna komandanın aktivində 21 xal var. Ötən mövsüm Terimin ''Qalatasaray''ı 11 tura 20 xal toplamışdı.