''Qalatasaray'' bunu tarixində 4-cü dəfə bacardı

9.12.2023 13:58 226
Dünya futbolu
Türkiyə çempionatının 15-ci turunda ''Qalatasaray'' yığmamızın üzvü Şahruddin Məhəmmədəliyevin qapısını qoruduğu ''Adana Dəmirspor''u qəbul etdi.

Şahruddin oyunu 4 seyvlə tamamlasa da, onun performansı xal qazanmaq üçün kifayət etmədi. ''Qalatasaray'' Boe, Kərəm Aktürkoğlu və İkardinin qolları ilə 3:1 üstün oldu.

İstanbul nəhəngi bu mövsüm superliqada fanatları önündə keçirdiyi 7-ci qarşılaşmadan da qələbə ilə ayrıldı və evdə xal itirməyən yeganə komandadı. ''Cim-Bom'' 21 ildən sonra ilk dəfə, tarixində isə 4-cü dəfə mövsümə bu cür seriya ilə başlamış oldu. ''Sarı-qırmızılar'' daha öncə 2002/03, 2001/02 və 1974/75 mövsümünə evdə ardıcıl 7 qələbə qazanmaqla start vermişdi.

Daha bir maraqlı fakt odu ki, ''Qalatasaray'' çempionat çərçivəsində adanalıları doğma meydanda ardıcıl 10-cu dəfə məğlub etdi! ''Aslan''ın turnirin tarixində bundan daha yaxşı seriyası yalnız ''Sivasspor'' (14) və ''Diyarbəkirspor''a (11) qarşı olub.

ƏLİ