• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi” azarkeşləri Bojoviçlə görüşmək istəyirmi?

Premyer-liqa / Manşet

15-01-2024, 21:0

Misli premyer-liqasında qış fasiləsinə 3-cü pillədə yollanan “Neftçi” təlim-məşq toplanışını Antalyada davam etdirir.

Komandanın yeni çalışdırıcısı Miodraq Bojoviçlə hansı nəticəni göstərəcəyi indidən maraq mövzusudu. İstənilən çətin vəziyyətdə həmişə komandanın yanında olan “Forza Neftçi” azarkeş qrupunun üzvlərindən Tural Alışov və "Neftçi Azarkeş Dərnəyi"nin rəhbəri Kənan Hənifəyevlə məhz komandanın gələcəyi barəsində danışdıq.

Tural Alışov:

"Hazırda qrup olaraq, Bojoviçlə görüşməyi düşünmürük. Bir qədər vaxt keçsin, daha sonra vəziyyətdən aslı olaraq görüşərik. İndi işləri ilə məşğul olsa, bizim üçün daha yaxşı olar. Görüşməyəcəyimiz üçün məsləhətimizi burdan vermək istəyirik. Komandanın tarixi ilə daha yaxşı maraqlansın və əvvəlki məşqçilərin səhvini təkrarlamasın. "Neftçi"nin son 10 ildə nəticələrinin aşağı düşməsinə baxmayaraq, ölkənin ən böyük komandası olduğunu unutmasın. Azarkeşlərin indiki vəziyyətdə edə biləcəyi tək şey inanmaqdı. Məşqçi dəyişikliyi baş verib. Yeni məşqçinin az-çox uğurları, böyük təcrübəsi var. Adrian Mutudan daha təcrübəli və nəticələri olan məşqçidi. Bu böhranı ən azı Mutudan daha yaxşı idarə edəcəyinə inanırıq. Burdan "Neftçi" azarkeşlərinə səslənmək istəyirəm ki, sosial şəbəkələrdə, müxtəlif formalarda neqativ fikirlər səsləndirməkdənsə, tribunaya gəlsinlər. İstər neqativ, istərsə də pozitiv fikirlərini ordan bildirsinlər. Hələ ki Bojoviçə vaxt vermək istəyirik. Amma bütün bunlar, sadəcə, proqnozdu. Bütün bunların da cavabını bir neçə aya zaman ortaya çıxaracaq. “Ağ-qaralar”ın indiki heyəti çox da aşağı sayılmaz. Düzdü, konkret dəyərlə ölçmək mümkün deyil. Lakin ölkədə çempionluğa oynaya biləcək kollektiv "Neftçi"də var. Bu məsələni yaxşı idarə etmək lazımdı. İlkin növbədə son illərdə pozulan ab-hava düzəldilməlidi. Bunu məşqçilər, klub idarəçiləri və komandanın kapitanı birlikdə həll etməlidi. Həmin oyunçuların hansı komandada oynadıqları onlara başa salınmalıdı. Klubda birlik yaradılmalıdı ki, oyunçular fərdi şəkildə keyfiyyətlərini ortaya qoysun. Biz azarkeşlər olaraq, bu məsələdən çox narahatıq. Bütün media, futbol ictimaiyyəti, jurnalistlər hiss edir ki, bəzi oyunçularda potensialından çox aşağı çıxış edirlər. İlk növbədə futbolçuların faydalı iş əmsalını artırmalıdı. Daha sonra taktiki-texniki planda komandanı inkişaf etdirməlidi. Bu da bir neçə oyundan sonra artıq hiss olunmalıdı və azarkeş bunu görməlidi. Klub rəhbərliyi Bojoviçin qarşısına çempionatda 2-ci yeri tutmağı və kubokun qalibi olmağı tapşırığını qoyub. Hazırda bu məsələ real hədəfdi. Amma Bojoviç də bilməlidi ki, 2-ci yer heç vaxt "Neftçi" azarkeşi üçün uğur sayılmır. Zamanında klub rəhbərliyinə də bildirmişdik ki, bizim üçün 2-ci yerlə 7-ci yer arasında fərq yoxdu. Bunu ilk növbədə Bojoviç başa düşməlidi və davamında mütləq avrokuboklarda ciddi uğurlar göstərməlidi. Ən azı qruplara düşüb, pley-offa qalxmaq kimi hədəflər qoymalıdı qarşısına".


Kənan Hənifəyev:
"İlk növbədə yeni məşqçimizə xeyirli olsun. Ümid edirik ki, Türkiyədə təlim-məşq toplanışı zamanı komandanın və futbolçuların durumdan xəbərdar oldu. Əsas məsələ odu ki, əlində olan "materialı" tanıdı. Bojoviçlə görüşümüz nəzərdə tutulub. Həm birbaşa ünsiyyət qurmaqdan, həm də azarkeşlərlə görüşməkdən çəkinməyən bir məşqçi xarizmasında olduğunu bilirik. Görüş zamanı özəl məsləhətlər olacaq ki, onu mətbuat vasitəsi ilə bildirə bilmərik. Lakin ona ümumən klubun tarixini və "Neftçi"ni dolğun şəkildə izah edəcəyik. Oyun planında baxımlı futbol barəsində də fikirlərini dinləyib, fikrimizi Bojoviçə çatdıracağıq. Əsas məsələ isə müqaviləsində qeyd edilən minimum tapşırıqları yerinə yetirməsi olacaq. Mutunun məşqçi kimi təcrübəsi o qədər də yetərli deyildi ki, böhranlı komandanı bu vəziyyətdən çıxarsın. Ümumiyyətlə, "Neftçi" həmişə təzyiqli komanda olub. Klub resurs, potensial və şərait ilə zəngindi. Sadəcə, düzgün yanaşma, strategiya və idarəçilikdən çox şey aslıdı ki, klub düzgün şəkildə inkişaf etsin. Təcrübəsi az olan şəxslər gəldiyi zaman kollektivdəki düzgün strategiya böhranlı vəziyyətə düşür. Mutudan fərqli Bojoviç bu məsələlərdə daha təcrübəli, daha istəklidi. Ümid edirəm ki, o, bu çətin vəziyyətdə klubu yaxşı istiqamətdə inkişaf etdirə bilər. Sevindirici məqamlardan biri də odu ki, bizim rəhbərlik Bojoviçə şərt qoyub - çempionatda 2-ci yer və kubokun qalibi olmaq. Buna görə də Bojoviçin dəqiq hədəfi var. Bu müddət ərzində düzgün şəkildə təhlil edib öz taktikasını qurmalıdı ki, müqavilə müddətini artırsın. Əks halda düzgün qərarların olmaması davam edəcək. Məncə Mutudan fərqli Bojoviç yaxşı mənada özünü göstərə biləcək.

Güclənmək üçün klub həm transfer, həm də idarəçilik baxımından hazırda ən yaxşı vəziyyətdədi. Sadəcə, düzgün şəxslərin orda olması, akademiyanın inkişafı, transfer siyasəti və idarəçilik vacib şərtlərdən biridi. Hər komanda mövsüm başlamadan hədəflərini müəyyənləşdirməli, ictimaiyyətə bildirməlidi. 2023-ün yayından klub rəhbərliyi gecikmiş addımlar atmasına baxmayaraq, bu mövsüm onlar üçün dərs olacaq. Çempionat bitdiyi zaman qərarlar verilməli deyil. Düşünürəm ki, hamı bir nöqtəyə vursa, peşəkar şəkildə istəklərini yerinə yetirsələr, tez bir zamanda uğurlu nəticələr göstərəcək və davamiyyətli şəkildə inkişafına təkan olacaq".


GÜNAY SÜLEYMANOVA

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

5-08-2023, 12:0

"Neftçi" azarkeşləri dərnək yaratdı

Premyer-liqa

5-01-2024, 16:0

“Neftçi”nin yeni məşqçilər heyəti

Premyer-liqa / Manşet

19-12-2023, 20:0

“Dünyaca məşhur olan Mutunun seçdiyi hücumçulara və oynatdığı qorxaq futbola məəttəl qalmışıq” – azarkeşlər dözə bilmir

Premyer-liqa / Manşet

29-09-2023, 18:0

Kənan Hənifəyev: “Bu matçlarda Mutu bacarıqlarını nümayiş etdirə bilər”

Aktual
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
“Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
“Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
Son xəbərlər
  • Bu gün, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Bu gün, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Bu gün, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • Dünən, 23:45
    Yığmamız İslandiyaya uduzdu
  • Dünən, 23:09
    "Sabah" "Orhus"a uduzdu - YENİLƏNİB
  • Dünən, 22:16
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 21:59
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • Dünən, 21:28
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • Dünən, 20:57
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • Dünən, 20:26
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • Dünən, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Dünən, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Dünən, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Dünən, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
  • Dünən, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Dünən, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Dünən, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Dünən, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Dünən, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Dünən, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Dünən, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Dünən, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Dünən, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Dünən, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Dünən, 13:17
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:46
    “Komandamla bağlı bəzi narahatlıqlar var” – Qurban Qurbanov
  • Dünən, 12:15
    "Qarabağ"ın "Dinamo" ilə oyunlar üçün heyəti - cəmi 20 futbolçu...
  • Dünən, 11:54
    Sevdiyi xanıma görə Türkiyədən qaçdı
  • Dünən, 11:23
    Zamiq Avropa Liqasında oynadı, komandası uduzdu
  • Dünən, 10:52
    “Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
  • Dünən, 10:31
    Salah rəsmən ''Trabzonspor''da! - Onun üçün görkəmli imza mərasimi keçiriləcək
  • Dünən, 10:00
    Klubuna sadiq qaldı
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 81
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə