“Neftçi”nin yeni məşqçilər heyəti

5.01.2024 16:54 217
Premyer-liqa
“Neftçi”nin yeni məşqçilər heyəti müəyyənləşib.

Paytaxt təmsilçisindən "football-plus.az"a verilən məlumata görə, monteneqrolu baş məşqçi Miodraq Bojoviçin 5 köməkçisi olacaq.

Bunlar Saşa Petroviç, Sənan Qurbanov, Deyan Mrvalyeviç, fiziki hazırlıq üzrə mütəxəssis Deyan İliç və qapıçılar üzrə məşqçi Emil Babayevdi.

Qeyd edək ki, "Neftçi" dekabrın 24-də Miodraq Bojoviçlə 1,5 illik müqavilə bağlayıb.