"Neftçi" azarkeşləri dərnək yaratdı

5.08.2023 12:58 299
Aktual / Ölkə futbolu
Həmişə fəallığı ilə seçilən "Neftçi" azarkeşləri daha bir yeniliyə imza atıb.

"Football-plus.az" xəbər verir ki, fanatlar özləri üçün dərnək yaradıblar.

"Neftçi" Azarkeş Dərnəyi" (NAD) adlanan qurumun rəhbəri Kənan Hənifəyevdi. Dünən NAD-ın təqdimat mərasimi keçirildi. Tədbirdə media mənsubları, dərnəyin İdarə Heyətinin üzvləri və azarkeşlər iştirak etdilər. Kənan bəy yaratdıqları qurum haqda bunları söylədi:

"Neftçi Azarkeş Dərnəyi bu il aprelin 9-da bir qrup flaqmansevərin görüşündən sonra ideya şəklində araya-ərsəyə gəldi. Bundan sonra dərnəyin formalaşması, sistemi, strukturlaşma və gələcək fəaliyyət planı yönündə işlər başladı.

Aprelin 18-dən NAD kimi təşkilatlanaraq qapalı fəaliyyət göstərməyə başladıq. Dərnək azarkeş fan-qrupu və klubu deyil, “Neftçi"nin azarkeşlərini birləşdirən birlikdi. Dərnəyin əsas məqsədi klubun gələcək fəaliyyətində, müdafiəsində, azarkeş tribunasının inkişafı və təşkilatlanmasında rol oynamaq, "ağ-qaralar"ın daxilində və xaricində baş verən neqativ proseslərə qarşı mövqe bildirmək, komandanın olmasına dəstək vermək, bütün flaqman dəstəkçilərinin şəbəkələşməsinə vasitə olmaqdı”.


İLKİN SULTANLI