• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sabah” Aleksey İsayevin yerini necə dolduracaq? - TƏHLİL

Manşet / Yazarlar

13-01-2024, 19:0

“Sabah” ötən mövsüm 2-ci yeri tutub avrokuboklara vəsiqə qazananda çoxları düşündü ki, məhz bu komanda 2023/24 müvsümündə də dominantlıq etməklə yanaşı, “Qarabağ”ın yolunda sədd olacaq. Amma sən saydığını say, gör fələk nə sayır.

Komandada qısa fasilələrlə “yarpaq tökümü” başladı. Əvvəlcə Aleksey Kaşuk, ardından Coy-Lens Mikels “Sabah” donanmasını tərk etdi. Bu futbolçuların gedişi komandanın oyun ansamblına təsirsiz ötüşmədi. Hansı ki, həm baş məşqçi Murad Musayev, həm idman direktoru İqor Ponomaryov, həm də futbol biliciləri bu məqamı hər uğursuzluqda dilə gətirdilər. Yanvarın 4-də “bayquşlar”ın düşərgəsini daha bir futbolçu tərk etdi. Söhbət yığmamızın üzvü, Masazır təmsilçisinin vitse-kapitanı Aleksey İsayevdən gedir. “Sabah”ın əsas oyun qurucusu “Qarabağ”a keçdi. Söz yox, onun transferindən “bayquşlar” yaxşı maddi qazanc götürdü. Belə ki, pleymeykerə görə “köhlən atlar” “Sabah”a 500 min dollar təzminat ödədi.

Bu gün çoxlarını düşündürən sual budu ki, Aleksey İsayev Qurban Qurbanovun komandasına nə dərəcədə kömək edəcək? Hətta bunu uğursuz transfer sayanlar da az deyil. Məni isə “Sabah”ın taleyi narahat edir. Onsuz da turnir cədvəlində 8-ci pillədə olan klubun vəziyyəti ağırdı. Alekseyin gedişi vəziyyəti bir qədər də qəlizləşdirəcək. İndi komandanın oyunlardakı əsas dirijoru kim olacaq?

Təbii ki, klub rəhbərliyi “10 nömrə”nin boşluğunu aradan qaldırmaq üçün düşünür. Bu mövqeyi yeni oyunçu axtarışına da start verilib. Bunu İqor Ponomaryov da açıqlamasında bildirib. Amma yayda komandaya cəlb olunan Vinsent Til, Jarl Marqarita, Karim Parris, Cessi Sekidika eləcə də çempionatın gedişində böyük ümidlərlə “Sabah” ailəsinə qatılan İshak Belfodil etimadı doğrulda bilməyib. Bunları nəzərə alsaq, klubun qış transfer siyasətində uğurlu olacağına bədbin yanaşılmalıdı. Hər halda, seleksiya işləri gedir. Bunun nə dərəcədə faydalı olacağını zaman göstərəcək.

Məşhur deyimimiz var: “Şər deməsən, xeyir gəlməz”. Yəni “Sabah” qış fasiləsində güclənə bilməsə, Murad Musayev əlinin altındakı oyunçulardan hansını Alekseyə alternativ kimi istifadə edə bilər? Rusiyalı mütəxəssislərin bu variantları var:

1. Kristian da Silva. Braziliyalı bir neçə ildi “Sabah”dadı, pis-yaxşı özünü doğruldub. “Sambaçı” bəzi oyunlarda oyun qurucusu kimi də çıxış edib. Hesab edirəm ki, komandanın oyun üslubuna bələd olan Kristianı Murad Musayev pleymeyker kimi yoxlaya bilər.

2. Ayaz Quliyev. Rusiyada çıxış etmiş soydaşımız Masazır təmsilçisinə böyük ümidlərlə cəlb olunub. Onun yerli pasport alması “bayquşlar” üçün əlavə üstünlüyə çevrildi. Rusiya premyer-liqasında oyun təcrübəsi olan Ayaz mərkəz yarımmüdafiçisidi. Elə “Sabah”da hələlik az şans qazansa da, baş məşqçi onu Alekseyə yaxın mövqeydə sınayırdı. Futbolçu artıq uyğunlaşma dönəmini arxada qoyub. Onun 2-ci yarıda daha uğurlu çıxış edəcəyini düşünürəm. Ayazın potensialına bələd olan Murad Oleqoviçin ona oyun qurucusu mövqeyində şans verəcəyi şübhə doğurmur.

3. Jarl Marqarita. Niderlandlı futbolçu ilə bağlı da gözləntilər böyük idi. Onun sürəti, texnikası, fərdi kreativ oyunu olsa da, hələlik özünü yaxşı tərəfdən göstərə bilməyib. Baş məşqçi əksər oyunlarda Jarlı Tilin yerinə oynadı. Amma o, lüksemburqlunu heyətdən sıxışdıra bilmir. Vinger kimi gözlənilən effekti verməyən qaradərilinin “dirijor” kimi sınanması gözlənilir. Onun texnikası mərkəzdən hücumların qurulmasında daha çox fayda verə bilər.

4. Namik Ələskərov. Yığmamızın üzvü vinger olsa da, onu yeri gələndə doğma mövqeyi ilə yanaşı, hücumçu, bəzən pleymeyker kimi də görmüşük. Namikin ifasında bəzən hiyləgər ötürmələrə də şahid olmuşuq.

5. İshak Belfodil. Top-liqa təcrübəsi olan 31 yaşlı forvard hələlik tam formada deyil. Ona görə də Murad Musayev fransalının xidmətindən yetərincə faydalana bilmir. Əlcəzair millisinin sabiq üzvü şans qazandığı görüşlərin yalnız birində 90 dəqiqə meydanda olub və hələlik ciddi bir üstünlüyü ilə fərqlənə bilməyib. Buna rəğmən, bəzi oyunlarda Belfodil uzun asmalar və ara ötürmələri ilə yadda qalıb. Hazırda hücumçunun zədəsi də var. Onsuz da irəli xətdə möhkəmlənməkdə çətinlik çəkən, hələlik Apehlə Volkova uduzan təcrübəli futbolçunu çempionatın 2-ci yarısında oyun qurucusu kimi yoxlamaq daha məntiqlidi. Bəlkə Belfodil top-liqa təcrübəsini bu mövqedə ortaya qoya bildi.

İstənilən halda “bayquşlar” “dirijor” funksiyası ilə bağlı əngəli qısa zamanda həll etməlidi. Əks təqdirdə Masazır təmsilçisində hücumlar kortəbii xarakter alacaq, onlar rəqib qapısı qarşısında ciddi qol vəziyyətləri yarada bilməyəcəklər.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

5-01-2024, 14:0

"Qarabağ" Alekseyi heyətinə qatmaqla bir gülləylə bir neçə quş vurdu” – menecerden şərh

Ölkə futbolu / Manşet

5-01-2024, 19:0

Ponomaryovdan Alekseyin gedişiylə bağlı gözlənilməz ETİRAF - "Amma neyləyək..."

Ölkə futbolu / Manşet

3-01-2024, 15:0

“Aleksey İsayevlə bağlı danışılanların heç biri rəsmi deyil” – Ponomaryovdan reaksiya

Premyer-liqa / Manşet

12-10-2023, 23:0

"Sabah" rəhbərliyi "Qarabağ"ın planını pozdu - ÖZƏL

Manşet / Yazarlar

5-01-2024, 12:0

Baş məşqçi təslim oldu, rəhbərlik qazandı, "Sabah" dünəndə qaldı… - YAZI

Aktual / Ölkə futbolu

24-10-2023, 14:0

“Deməzdim ki, yeni gələn futbolçular zəifdi” – “Sabah”a çox inanır

Aktual
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Son xəbərlər
  • Bu gün, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Bu gün, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Bu gün, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Bu gün, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Bu gün, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Bu gün, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Bu gün, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Bu gün, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Bu gün, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Bu gün, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Bu gün, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Bu gün, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Bu gün, 14:26
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Bu gün, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Bu gün, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Bu gün, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Bu gün, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Bu gün, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
  • Dünən, 23:21
    “Belqrano” sürpriz şəkildə çempion oldu!
  • Dünən, 22:45
    “Zirə” Anatoli Nuriyevlə yolları ayırdı
  • Dünən, 22:27
    “Liverpul”u bundan sonra İraola çalışdıracaq - yeni baş məşqçi ilə bağlı cəlbedici məqamlar nədi?
  • Dünən, 21:55
    “Qarabağ”ın hazırlıq planı bəlli oldu
  • Dünən, 21:40
    “Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
  • Dünən, 21:24
    Uğur Cahangirov "Şamaxı"da
Daha çox
Oxunub: 725
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 259
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 256
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 176
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə