Onsuz da "bayquşlar" Kaşukla Mikelsin gedişindən sonra oyun planında çox geriləyib. İndi də əsas oyun qurucusunun əldən çıxmasıyla daha da zəifləyəcəklər.
Bəs "Sabah" onun yoxluğunu aradan qaldırmaq hansı işlər görür? "Football-plus.az" bu sualı aydınlaşdırmaq üçün klubun Müşahidə Şurasının üzvü və idman direktoru İqor Ponomaryova müraciət etdi:
"Bu, çox maraqlı sualdı. Amma təəssüf olsun ki, hələlik bu barədə nəsə deyə bilməyəcəm. Çünki Aleksey İsayevlə bağlı danışılanların heç biri rəsmi deyil. Elə mən də ordan-burdan oxuyuram ki, futbolçumuz artıq "Qarabağ"la anlaşıb. Bu gün üçün ortada rəsmi heç nə yoxdu. Bizə rəsmi təklif gəlsə, əvvəlcə futbolçumuzla, sonra isə onu sıralarına qatmaq istəyən tərəflə danışıqlarımız olacaq. Amma hələlik ortada ciddi nəsə yoxdu, söyləntilər və mətbuatda yazılanlar var".
ABDULLA İSMAYILOĞLU





