Antonun komandası qələbə qazandı

9.11.2026 19:00 63
Dünya futbolu
Cənubi Koreya çempionatında 35-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” evdə “İnçeon”la qarşılaşıb.

Görüş "Daejeon”un 2:0 hesablı qələbəsi ilə başa çatıb. Krivotsyuk matça start heyətində başlayıb və sona qədər meydanda olub.

“Daejeon” 53 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.