"Football-plus.az" saytı olaraq, bu sualları aydınlaşdırmaq üçün mütəxəssis Ceyhun Sultanova müraciət etdik:
"Sabah" yaxşı komandadı, oyun baxımından problemləri yoxdu. Məğlub olduqları görüşlərdə də fərdi səhvlər nəticəsində qollar buraxırdılar. Sadəcə, komandanın oyunu Kaşuk ilə Mikels üzərində qurulmuşdu. Onların da gedişi kollektiv oyuna təsir etdi. Deməzdim ki, yeni gələn futbolçular zəifdi. Sadəcə, onlara özünü göstərmək üçün müəyyən zaman lazımdı. Əminəm ki, onlar gedənlərin yerini dolduracaqlar. "Sumqayıt"la matçda da "bayquşlar"ın oyun planında üstünlüyünü gördük. İnanıram ki, Murad Musayevin yetirmələri layiq olduğu yeri tutacaqlar".
ABDULLA İSMAYILOĞLU






