İspaniya futbol yığmasının baş məşqçisi Luis de la Fuente müqaviləsinin müddətini uzadacaq.
"Football-plus.az" xəbər verir ki, yeni müqavilə martda - Kolumbiya ilə yoldaşlıq oyunundan əvvəl bağlanacaq. 61 yaşlı mütəxəssisin indiki müqaviləsi iyulun 31-dək nəzərdə tutulub.
Qeyd edək ki, Luis de la Fuente 2022-ci ilin dekabrından komandanın "sükanı arxasındadr". O, bu postda Luis Enrikeni əvəzləyib. Yığma onun rəhbərliyi altında 2023-cü ilin yayında Millətlər Liqasının qalibi olub. İspaniya millisi yayda Almaniyada keçiriləcək Avropa çempionatının qrup mərhələsində Xorvatiya, İtaliya və Albaniya ilə üz-üzə gələcək.