“Latsio”nu İspaniya klubuna dəyişəcək

23.03.2022 18:20 517
Dünya futbolu
Luis Felipenin “Latsio”nu tərk edəcəyi dəqiqləşib.

İtaliya klubu aparıcı müdafiəçilərindən birini itirəcək. 24 yaşlı braziliyalı futbolçu romalılarla azad agent kimi vidalaşacaq.

Onun İspaniya klubuna keçəcəyi də məlum olub. Jurnalist Nikolo Skiranın məlumatında Luis Felipenin “Betis” ilə anlaşdığı və bu klubla yayda 4 illik müqavilə imzalayacağı bildirilir.