Milli komandada zəruri yerdəyişmə

9.09.2023 21:54 234
Dünya futbolu
İspaniya yığmasının heyətində dəyişiklik edilib.

"Football-plus.az" xəbər verir ki, baş məşqçi Luis de la Fuente “Barselona”nın hücumçusu Ferran Torres ilə “Vilyarreal”ın forvardı Yeremi Pinonu təcili komandaya çağırıb.

Onların AÇ-2024-ün seçmə mərhələsinin Cənubi Kipr ilə növbəti oyununda iştirak şansı olacaq.

De la Fuente Gürcüstanla oyunda (7:1) zədələnən Dani Olmo ilə Marko Asensionun xidmətindən adalılara qarşı yararlana bilməyəcək.